Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləş
------
Yeniyetmə güləşçilərin ölkə birinciliyi keçiriləcək 


3-6 mart günlərində yeniyetmələr (U-15) arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək. Seçmə xarakterli bu çempionat ilk dəfə olaraq Gəncədə təşkil ediləcək. Yarışın proqramına əsasən ilk iki gündə sərbəst güləşçilər, son iki gündə isə yunan-Romacilar döşək üzərinə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər. Qeyd edək ki, 4 gün davam edəcək çempionatda hakimlər arasında Türkiyə və Gürcüstandan olan hakimlər də olacaq. Əsasnaməyə uyğun olaraq, hər çəkidə ilk üç yeri tutan idmançılar ölkə yığmasina cəlb ediləcək və bununla da Azərbaycanın U-15 yiqmasi kompletləsəcək. 

İNTİQAM Məmmədov