Basketbol
----------
"Naxçıvan" çempionunu məğlub edərək onu haqlayib
Kişi basketol klublarının mubarizə apardığı ABL-da 15-ci turun oyunları davam edir. Bu gün hesabat turu çərçivəsində daha iki oyun keçirilib. Turun mərkəzi oyunu A qrupunda yer alan ölkə çempionu "Sabah" ilə "Naxçıvan" arasında olub. Görüş "Naxçıvan" klubunun qələbəsi ilə başa çatıb - 85:82 (24:21, 28:20, 20:22, 13:19). Bu qələbədən sonra "Naxçıvan" A qrupunda iki liderdən birinə çevrilib. Turun daha bir matçında isə NTD ilə "Sərhədçi" qarşılaşıb. Bu oyunda isə qələbəyə sevinən ikinci olub - 83:84 (28:23, 22:20, 16:15, 17:16).
15 turdan sonra A qrupunda komandaların turnir vəziyyəti belədir:
Sabah, Naxçıvan - hərəyə 26 xal, Neftçi - 24 xal, Abşeron - 21 xal, Sərhədçi - 21 xal, NTD - 19 xal.
Hesabat turu çərçivəsində sabah daha bir oyun keçiriləcək və bununla da tura yekun vurulacaq. Söhbət B qrupunda keçiriləcək "Şəki" - "Lənkəran" matçından gedir. "Şəki" qalıb gələcəyi təqdirdə qrupda yenidən üçhakimiyyətlilik yaranacaq.
Hazırda B qrupunda vəziyyət belədir:
Gəncə, Ordu - hərəyə 26 xal, Şəki - 24 xal, Sumqayıt - 20 xal, Quba - 19 xal, Lənkəran - 17 xal.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)