Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçularımız "Adriatik İncisi"ndə döyüşəcəklər 

3-9 mart günlərində Montoneqronun Budva şəhərində gənclər ( oqlanlar və qızlar) arasında boks üzrə Dünya Kuboku səviyyəsində "Adriatik İncisi" beynəlxalq turnir keçiriləcək. 7 gün davam edəcək turnirdə Azərbaycan üçü oğlan, dördü qız olmaqla yeddi boksçu ilə təmsil olunacaq. Baş  məşqçi Elburus Rzayevlə Ceyhun Abıyevin rəhbərliyi altında yarışa qatılacaq oqlanlardan ibarət komandanın heyətində Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərov (+92 kq) yer alıb. Yeri gəlmişkən, adı çəkilən hər üç boksçu bu günlərdə Rumıniyada keçirilən "Drakula Open" turnirində qızıl medal qazanıb.

Qızların yarışına gəlincə, baş məşqçi Anar Baxışov Budvaya gedən heyətə Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədovanı (+81 kq) cəlb edib. 

Daha bir həmyerlimiz - Fərhad Rəhimov isə Budve turnirində həkimlik edəcək.

İNTİQAM Məmmədov