Bakı Mühəndislik Universiteti
və
Art Studio Azerbaijan birgə təşkilatçılığı ilə
“Təbiəti qoruyaq” yaradıcılıq sərgisi keçirildi
28 fevral 2025-ci il tarixində Bakı Mühəndislik Universitetində “Təbiəti qoruyaq” adlı yaradıcılıq sərgisi baş tutdu. Bu mötəbər tədbir Bakı Mühəndislik Universitetinin “Dizayn” kafedrasının baş müəllimi, eyni zamanda “Art Studio Azerbaijan” MMC-nin təsisçisi və baş direktoru Rasim Qurbanovun rəhbərliyi ilə təşkil olunub.
Sərginin açılışı Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinin Dizayn kafedrasının müdiri Vaqif Məmmədov tərəfindən edilib. Daha sonra Memarlıq və İnşaat fakültəsinin dekanı Afər Əlifov çıxış edərək tələbələrin yaradıcılıq potensialının inkişafına yönəlmiş bu cür layihələrin əhəmiyyətini vurğulayıb. Memarlıq və Şəhərsalma kafedrasının müdiri Sabir Orucov və digər müəllim və professor heyəti də layihənin rəhbəri Rasim Qurbanova və onun tələbələrinə təbriklərini çatdırıb, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
Bu sərgi 3-cü və 4-cü kurs Dizayn kafedrasının tələbələrinin işlərindən ibarət olub. Sərgidə nümayiş olunan əsərlər uzaq şərq incəsənətinə aid xüsusi bir rəssamlıq texnikasında keçirilmiş masterclass sonunda ərsəyə gəlib. Sərgidə yer alan bütün işlər kətan üzərində akril boya vasitəsi ilə yaradılmış və incəsənətin müxtəlif üslublarını özündə əks etdirib.
Tədbirdə tələbələrin müxtəlif sənət növlərində hazırladıqları ekoloji mövzulu əsərlər nümayiş etdirilib. Təsviri incəsənət əsərlərinin yer aldığı bu sərgidə əsas məqsəd ətraf mühitin mühafizəsinə diqqət çəkmək və cəmiyyətin ekoloji şüurunu artırmaq olub.
Tədbirin açılışında çıxış edən Rasim Qurbanov sərginin əhəmiyyətindən danışaraq, tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı və ekoloji problemlərə diqqət çəkmək baxımından bu cür layihələrin vacibliyini vurğulayıb. O, bildirib ki, “Təbiəti qoruyaq” layihəsi gənc sənətkarların öz fikirlərini sənət vasitəsilə ifadə etmələrinə imkan yaratmaqla yanaşı, ekoloji maarifləndirmə missiyasını da yerinə yetirir.
Sərgiyə qatılan qonaqlar tələbələrin yaradıcılığını yüksək qiymətləndirib və onların təbiətə olan həssas yanaşmalarını alqışlayıblar. Tədbir çərçivəsində müxtəlif müzakirələr aparılıb, tələbələrin işləri haqqında fikirlər bildirilib və gələcəkdə ekoloji mövzularda daha geniş miqyaslı layihələrin keçirilməsinin vacibliyi qeyd olunub.
Sərginin sonunda tələbələrə Bakı Mühəndislik Universiteti və Art Studio Azerbaijan rəhbərləri adından sertifikatlar təqdim edilib. Layihə rəhbəri və Dizayn kafedrasının baş müəllimi Rasim Qurbanov isə Bakı Mühəndislik Universitetinin rektoru cənab Yaqub Piriyevin adından Diplom ilə təltif olunub.
Bakı Mühəndislik Universiteti və Art Studio Azerbaijan komandası gələcəkdə də ekoloji maarifləndirmə və yaradıcılıq fəaliyyətlərinin bir araya gətirildiyi bu kimi sərgilərin keçirilməsini davam etdirməyi planlaşdırır.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)