Azərbaycan yığması "Böyük Dəbilqə"ni 7-ci yerdə başa vurub
28 fevraldan martın 2-dək Daşkənddə (Özbəkistan) böyüklər arasında cüdo üzrə reytinq xarakterli "Böyük Dəbilqə" turniri keçirilib. Turnirdə Azərbaycan da daxil olmaqla, 8 ölkəni təmsil edən 114 (70 kişi və 44 qadın) tatami ustası medallar uğrunda mübarizə aparıb. Qeyd edək ki, turnirə 3 kişi cüdoçu ilə qatılan Azərbaycan yığması komanda hesabında bir gümüş medalla 7-ci olub. Yeganə medalın sahibi 60 kq-da çıxış edən Turan Bayramovun aktıvinə yazılıb.
Turnirin ardından həmin mekanda cüdoçuların üç günlük beynəlxalq təlim-məşq toplanışı başlayıb.
İNTİQAM Məmmədov