AZpressAZ-in arxivindən: 2023-cü il
Vahid Qazi:
Qatillər bəşəri cinayətlərə görə mühakimə olunmalıdırlar!
35 il Qarabağda insanlıq əleyhinə cinayətlər törətmiş 200-dək qatilin adı keçir axtarış siyahısında. O siyahının başında ilk olaraq bu adamların adını görmək istəyirəm: Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, Vitali Balasanyan.
Onları mühakimə etmək Azərbaycan dövlətinin haqqıdır. Onlar bəşəri cinayətlərə görə mühakimə olunmalıdırlar! Faşistlər Nürinbeq prosesində, Miloşeviç Haaqa tribunalında mühakimə olunduğu kimi.
Məhkəmə də elə Xankəndidə keçirilər. Özü də 1967-ci ildə 3 azərbaycanlıya haqsız ölüm hökmü çıxarılan məhkəmə zalında. Sonra o məhbusların od vurub diri-diri yandırıldığı yerə əklil qoyarıq.
Tarixə dərs olsun deyə!