Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

Asif Rüstəmli:

Poeziyaya ürəkdən bağlı olan, mələk misallı bir insan idi

- Milli ruhlu böyük yurdsevər, Türk dünyasının fədakar şəxsiyyəti, istedadlı natiq, cəsarətli, iradəli təfəkkür sahibi, məsləkinə, əqidəsinə sadiq siyasət adamı, alovlu vətənpərvər idi. Xeyirxahlığı, halallığı, düzlüyü, doğruluğu, həqiqəti, haqqı çox sevirdi... Onu sevənlərin çoxluğuna rəğmən o Haqqa doğru yürüdü...

Qənirə xanımla Türkiyənin Bolu, Balıkəsir şəhərlərində beynəlxalq tədbirlərdə, elmi konfranslarda iştirak etmək mənə də nəsib olub. Türk dünyasında Qənirə xanımın böyük nüfuzu vardı. O hər yerdə doğma vətənini, sevimli ölkəsini tanıtdırmağı və sevdirməyi bacarırdı. Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bugünkü zirvəyə yüksəlməsində Q.Paşayevanın onilliklərə sığmayan davamlı zəhməti, elmi, siyasi fəaliyyəti misilsiz əhəmiyyət kəsb edən sanballı payı vardır.

O, Qarabağ həqiqətlərini dünyaya çatdırmaqda hər hansı bir səfirdən və ya diplomatdan az iş görməmişdir. Torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə zabit və əsgərlərimizin yanında olmuş, vətənpərvər çıxışları ilə onları mübarizəyə ruhlandırmaqla cəsur bir xanım olduğunu təsdiqləmişdi.

Ədəbiyyata, poeziyaya ürəkdən bağlı olan, mələk misallı bir insan idi. Vətəni vəsf edən çoxsaylı şeirlərinə mahnılar bəstələnmişdi... Bədii, elmi, ictimai mövzulara həsr edilmiş çoxsaylı kitabların müəllifi idi. Ruhu şad, məkanı cənnət olsun...

Bakı, 28.09.2023