Azərbaycan şahmatçısı dünya çempionatında liderlər arasında yerini qoruyub
Petrovaçda (Monteneqro) gənclər arasında şahmat üzrə dünya çempionatı davam edir.
Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva 6 turdan sonra liderlər qrupundakı yerini qoruyub.
Kesariya Mqeladze (Gürcüstan) ilə bərabərə qalan şahmatçımızın 5 xalı var. O, oxşar nəticəyə malik digər üç iştirakçı ilə birinci yeri bölüşür.
Lalə Hüseynovanın 3 xalı, Nərmin Abdinovanın 2 xalı var. Onlar ilk 50-liyə düşə bilmədilər.
Kişilərin yarışında Şiroğlan Talıbov Manuel Kamposu (Kolumbiya) məğlub edib. Dörd xalla 24-cü yeri tutub. Mateu Boxhi (Albaniya) üzərində qələbə qazanan Xəzər Babazadənin hesabında 3,5 xal var.