İngiltərə kubokunun 1/4 final mərhələsinin püşkü atılıb
2024/2025 İngiltərə Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb. Budur nəticələr:
Fulhem - Kristal Pelas;
Preston - Aston Villa;
Bornmut - Mançester Siti;
Brighton vs Nottingham Forest və ya İpsviç.
“Nottingem” və “İpsviç” komandaları arasında turnirin 1/8 final mərhələsinin son oyunu martın 3-ü bazar ertəsi keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:30-da səslənəcək.
İngiltərə Kubokunda ən uğurlu klub bu kuboku 14 dəfə qazanan Londonun “Arsenal”ıdır. Hazırda kubokun sahibləri “Mançester Yunayted”dir.