İspaniyanın “Barselona” Futbol Klubunun Azərbaycanda akademiyası açılacaq
İspaniyanın məşhur “Barselona” futbol klubunun Azərbaycanda akademiyası açılacaq.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev və klubun prezidenti Joan Laporta arasında Bakıda keçirilən görüşdə bildirilib.
Belə ki, görüşdə Azərbaycanda “Barselona” Futbol Akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı elan edilib, akademiyanın gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.