"Sabah" qrupun vahid liderinə çevrilib
Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 16-ci tura start verilib. Turun ilk günü A qrupunda yer alan komandalar qarşılaşırlar. Bakı İdman Sarayında "Neftçi"-"Naxçıvan"la, "Sərhədçi" idman arenasında isə eyniadlı klub ölkə çempionu adını daşıyan "Sabah"la qarşılaşıb. Qeyd edək ki, A qrupuna şərikli liderlik edən "Naxçıvan" "Neftçi"yə böyük hesabla məğlub olduğu haqda, qrupun digər lideri olan "Sabah" isə "Sərhədçi"ni üstələyərək qrupda vahid liderə çevrilib.
Oyunların nəticəsi belə olub:
"Neftçi"-"Naxçıvan" - 114:70 (26:15, 29:16, 35:20, 24:19);
"Sərhədçi" - "Sabah" - 73:89 (16:19, 21:22, 20:22, 16:26).
Sabah turda daha iki oyun keçiriləcək. A qrupunda "Abşeron"- NTD, B qrupunda isə "Lənkəran"-"Sumqayıt" qarşılaşması olacaq.
Tura martın 5-də baş tutacaq "Şəki"-"Ordu" və "Quba"-"Gəncə" oyunu ilə yekun vurulacaq.
A qrupunda vəziyyət belədir:
Sabah - 28 xal, Naxçıvan - 27, Neftçi - 24, Sərhədçi - 22, Abşeron - 21, NTD - 19.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)