Mourinyo "Qalatasaray"ı məhkəməyə verib
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Qalatasaray"a qarşı mənəvi təzminat iddiası qaldırıb.
Bu barədə “qırmızı-sarılar”ın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Mourinyo şəxsiyyəti və şəxsi hüquqlarının pozulması ilə bağlı “Qalatasaray”dan mənəvi ziyana görə təzminat tələb edir.
Kompensasiyanın məbləği 1 milyon 907 min türk lirəsi (təxminən 88 min 790 manat - red.) müəyyən edilib.