Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın bütün sahələrdə potensialı Ermənistandan qat-qat yüksək idi

Azərbaycanın bütün sahələrdə potensialı Ermənistandan qat-qat yüksək idi.

Bunu hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsində təqsirləndirilən şəxs Arayik Harutyunyan deyib.

O, 44 günlük müharibədən əvvəl baş verən hadisələrdən danışaraq qeyd edib:

“2020-ci ilin iyununda mən Paşinyandan danışıqlar prosesinin gedişatı barədə bizə məlumat verməsini xahiş etdim. Eyni zamanda İrəvanda Təhlükəsizlik Şurasının birgə iclası baş tutub. Açıq formatda keçirilib. İclasda Ermənistanın o vaxtkı xarici işlər naziri bizə danışıqlar prosesinin təfərrüatlarını açıqladı və onun dalana dirəndiyi məlum oldu. Ermənistanın müdafiə strukturlarının rəhbərləri də ordudakı vəziyyətlə bağlı bizə məlumat verdilər və məlum oldu ki, ölkə müharibəyə hazır deyil. Hərbi əməliyyatların aparılması üçün müvafiq resurslar lazımdır - ərzaq, hərbi, maliyyə. Aydın idi ki, Ermənistanda bunlar yoxdur.

Sonra çox qısa şəkildə öz mövqeyimi bildirdim. Müharibənin nəticəsinin bizim resurslarımızdan asılı olacağını bildirdi. Çünki istənilən müharibə resurslar müharibəsidir. Azərbaycanın bütün sahələrdə potensialı Ermənistandan qat-qat yüksək idi”.