WAKO rəsmiləri Avropa çempionatının ev sahibliyi məsələsini müzakirə etmək üçün Bakıya gəliblər
2027-ci ildə Bakıda yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Avropa çempionatının keçirilməsi planlaşdırılır.
Bu məqsədlə Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və Assosiasiyanın vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Səlim Kayıcı Azərbaycana gəlib.
WAKO rəsmiləri danışıqlar aparmaq üçün Bakıya gəliblər.