Kərim Kərimli:
Tramp bir ölkəni 25 il idarə edən Putini deyil, Zelenskini diktator adlandırır
Ukrayna 1991-ci ildə müstəqilliyini bərpa edəndən bəri yalnız Kuçma iki müddətə prezident olub.
Müstəqil Ukraynanın birinci prezidenti Kravçuk 2 il 7 ay 15 gün,
ikinci prezident Kuçma 10 il 6 ay 3 gün,
üçüncü prezident Yuşşenko 5 il 1 ay 2 gün,
dördüncü prezident Yanukoviç 3 il 11 ay 27 gün,
beşinci prezident (səlahiyyətlərini müv. i. ed.) Turçinov 4 ay 15 gün,
altıncı prezident Poroşenko 4 il 11 ay 13 gün bu vəzifədə işləyiblər.
Yeddinci prezident Zelenskinin isə bu vəzifədə çalışmağının bu gün 5 il 9 ayı tamam olur.
Putin isə düz 25 ildir ki, Rusiyanın faktiki (yəni arada kölgəsi Medvedyevi 4 il öz kabinetində oturtmağı elə-belə şeydir) prezidentidir.
Amma kələ-kötür Tramp nəyə görəsə, bir ölkəni 25 il idarə edən Putini deyil, bir seçki müddətində prezident olub, məhz 25 il olanın apardığı işğalçı müharibəyə görə seçki keçirə bilməyən ökənin başçısı kimi müddətdən artıq 9 ay həmin vəzifədə qalmağa məcbur olan Zelenskini diktator adlandırır.
Azərbaycanda belə bir ifadə də var:
- Bərəkallah, Xasay müəllim!
* * *
Məlahət RZayeva
Əyləşdikləri kreslodan heç bir halda qalxmaq istəməyən, amma başqalarına ehkam kəsənlərin Allah cəzasını versin!
Elgiz Əziz Nəzirov
Burada "heyvanına şükür" deyirlər də.
Галиб Расулов
Kerim Kerimli,məncə bu prezidentlərin içində dövləti üçün ən düzgün,balanslaşdırılmış siyasət aparan şəxs Leonid Kuçma idi!!
Kerim B-li
Hec bu bilirki ne deyir.neinki Putin diktatordu.hetta butun dunya diktatorlarinin krisasidi.onlari yonetendi.Trampda sey sey danisir.bele getse qulaqindan tutub atacaqlar qiraqa az qalib
Gulzade Abdulova
Bizdə belə bir kəlam da var: "Eşşəyə gücü çatmır, palanı döyür". Tramp siyasətçi kimi yox, oliqarx kimi düşünür
Ольга Бадалова
К сожалению, в США пришёл к власти человек не имеющий понятия о том, что такое честь, совесть или хотя бы - международное право. Его идеал - деньги и прибыль, все другие понятия отсутствуют напрочь! Яркий образец нарциссизма и самовлюбленности. Но, как гласит пословица, жадность фраера сгубила! Будем надеяться, что и в наши дни эта пословица сработает.
Слава Украине и её героям!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.