Millinin sabiq futbolçusu hakimi təhqir etdiyinə görə diskvalifikasiya edilib
Futbol üzrə Azərbaycan milli komandasının sabiq futbolçusu, II Liqada çıxış edən “Hypers Quba” klubunda çıxış edən Ruslan Qurbanov 4 oyunluq diskvalifikasiya olunub.
Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi müvafiq qərar qəbul edib.
33 yaşlı hücumçu XIV turun “Şəmkir”lə matçının 39-cu dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb. Quba təmsilçisi hücumçusunun hərəkətinə görə 300 manat cərimə olunub.
Komandanın digər futbolçusu Sənan Aslanov da R.Qurbanov kimi aqressiv davranışa görə 90+4-cü dəqiqədə qırmızı vərəqə alaraq dörd oyunu buraxmalı olacaq. Bunun üçün klub daha 300 manat itirəcək.
Bundan əlavə, “Hypers Quba” azarkeşləri matç zamanı pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə klub daha 150 manat cərimə olunub.
Qələbədən sonra klubun futbolçularının rəqib azarkeşləri qıcıqlandıran hərəkətlərinə görə “Şəmkir”ə xəbərdarlıq edilib.