Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan çempionatında sərbəst güləş üzrə yarışlar başa çatıb

Gəncədə 15 yaşadək idmançılar arasında Azərbaycan çempionatı çərçivəsində sərbəst güləş üzrə yarışlar başa çatıb.

Turnir Gəncə İdman Sarayında keçirilib.

Öz çəki dərəcələrində Hüseyn Rzazadə (41 kq), Tunar Sultanzadə (48 kq), Muraz Hüseynov (57 kq), Xəyal Şükürlü (68 kq) və Elgün Kərimov (85 kq) qalib olublar.

Beləliklə, sərbəst güləş yarışı başa çatıb. Sabah yunan-Roma güləşi üzrə görüşlərə start verilir.