Bakıda şəxsi inkişaf sahəsində mühüm bir seminar uğurla baş tutdu.
Şəxsi inkişaf mütəxəssisi, yazıçı və YouTuber Recep Özer, şüuraltı təmizliyi, enerji çalışmaları, bolluq və rifah əldəetmə, arınma texnikaları, “Access the Bars”, “Access Facelift” (Üz gərmə), numerologiya və sarkaç kimi mövzulardakı bilik və təcrübələrini iştirakçılarla paylaşdı.
Seminar boyunca Recep Özer, fərdlərin öz potensiallarını kəşf etmələrinə və həyatlarında müsbət dəyişikliklər etmələrinə dəstək olacaq metodları təqdim etdi.
Seminarda iştirakçılar özünə inamın artırılması, motivasiyanın yüksəldilməsi, zehni fokuslanma və daxili sakitlik, çətinliklərlə mübarizə strategiyaları və müsbət düşüncə tərzinin gücü kimi mövzularda dəyərli biliklər qazandılar.
Seminar kimlər üçün faydalı oldu?
• Şəxsi inkişafına töhfə vermək istəyənlər
• Enerji sahəsini təmizləmək istəyənlər
• Bilinçaltını təmizləmək istəyənlər
• Daha yüngül və sağlam bədənə sahib olmaq istəyənlər
• İş, uğur və karyerasında irəliləmək istəyənlər
• Zehni sakitlik axtaranlar
• Yüklərindən azad olmaq istəyənlər
• Həyat məqsədini tapmaq istəyənlər
28 fevral – 1-2 mart tarixlərində keçirilən bu seminar həyatını dəyişmək və uğura doğru irəliləmək istəyənlər üçün əhəmiyyətli bir fürsət oldu. İştirakçılar əldə etdikləri bilik və texnikalarla həyatlarında yeni bir səhifə açma fürsəti qazandılar.
