Autsayderler qarşılaşıb, növbə liderlərindi
Kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) sayca 16-ci olan növbəti turun oyunları davam edir. Dünən həm A, həm də B qrupunda autsayderlər qarşılaşıblar. A qrupunda sonuncu pillədə qərarlaşan NTD sonuncudan əvvəlki olan "Abşeron"la qarşılaşıb. Görüş birincinin 13 xal fərqli qələbəsi ilə başa çatıb - 98:85 (23:25, 24:12, 31:27, 20:21. Bu oyundan sonra "Abşeron" sonuncu pilləyə düşüb. NTD isə bir pillə yuxarı qalxıb.
B qrupunda isə sonuncu yeri tutan "Lənkəran" özündən bir pillə yuxarı olan "Sumqayıt"i qəbul edib. Oyun qonaq komandanın qələbəsi ilə bitib - 83:88 (21:18, 20:29, 17:16, 25:25).
Bu gün isə B qrupunun liderləri üzləşəcəklər. Oyunların birində hərəyə 26 xalla qrupa şərikli liderlik edən "Şəki" ilə "Ordu ' qarşılaşacaq. Digər oyunda isə yenə də 26 xalla liderlər qrupunda yer alan "Gəncə" Qubada eyniadlı klubun qonağı olacaq. Bununla da ABL-da 16-ci tura yekun vurulacaq.
İNTİQAM Məmmədov