"Arsenal" bütün zamanların Çempionlar Liqası rekordunu müəyyənləşdirib
Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün 1/8 final mərhələsinin ilk oyununda Hollandiyanın PSV Eindhoven klubunu 7:1 hesabı ilə məğlub edən Londonun "Arsenal" klubu Çempionlar Liqasının tarixində heç vaxt qırılmamış qol rekorduna imza atıb.
“Arsenal” UEFA Çempionlar Liqası tarixində pley-off matçında səfərdə 7 qol vuran ilk komanda olub.
Qeyd edək ki, bu görüşdə Mikel Artetanın komandası meydana nominal hücumçusuz çıxıb. “Topçular”ın hücum üçlüyünə 17 yaşlı cinah hücumçusu Ethan Nvaneri, belçikalı hərtərəfli müdafiəçi Leandro Trossard və ispan yarımmüdafiəçi Mikel Merino daxildir.