Daha bir ölkə Rusiyaya uçuşları DAYANDIRDI
Türkmənistan Hava Yolları Aşqabad - Moskva - Aşqabad müntəzəm reyslərini ləğv edib.
Bu barədə Türkmənistan KİV yazıb
"Türkmənistan Hava Yolları bildirir ki, 30.12.24-dən 31.01.25-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər ləğv edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, ləğv edilmiş reyslərə görə vəsait tam olaraq geri qaytarıla bilər.