Cüdo üzrə Avropa Kubokunda 50-dən çox azərbaycanlı yeniyetmə medallar uğrunda mübarizə aparacaq
Martın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək cüdo üzrə Avropa kubokunda Azərbaycan yeniyetmələri iştirak edəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi 16 çəki dərəcəsində 25 gənc və 28 qız təmsil edəcək.
Cüdo yığmasına baş məşqçi Emin İsgəndərov və məşqçi Nicat Şıxəlizadə, qadınlardan ibarət yığmaya isə müvafiq olaraq Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcək.