Ayan Allahverdiyeva liderlər qrupunda mövqeyini möhkəmləndirib
Petrovaçda (Monteneqro) gənclər arasında şahmat üzrə dünya çempionatı davam edir.
Ayan Allahverdiyeva beşinci turda Əminə Kairbakova (Qazaxıstan) üzərində qələbə qazanıb. Bu, Azərbaycan şahmatçısına 4,5 xal toplamağa və lider qrupdakı mövqeyini möhkəmləndirməyə imkan verib.
Öz növbəsində, Şiroğlan Talıbov və Xəzər Babazadə rəqiblərinə uduzaraq uğursuz tur keçirib. Talıbov 3,5 xal toplayıb və 15-ci yerdədir, Babazadədə isə 1 xal azdır.