Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəki" "Ordu"nu "atdan" salıb

Dünən B qrupunda keçirilən iki oyunla kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 16-cı tura yekun vurulub, dördüncü dövrəyə start verilib. 

Hər iki oyun liderlərin qarşılaşması ilə diqqət çəkib. Günün mərkəzi oyunu isə B qrupunun liderlərindən olan "Şəki" ilə "Ordu" arasında baş tutub. Oyuna qədər eyni xalla yarış cədvəlinə şərikli liderlik edən komandaların görüşü "Şəki"nin qələbəsi ilə bitib - 89:74 (20:20, 25:15, 23:21, 21:17). Bu oyunun nəticəsindən asılı olaraq, "Ordu" liderlik mövqeyini itirib. Bununla da B qrupunda üçhakimiyyətliliyə son qoyulub.

Daha bir oyunda isə B qrupunun liderlərindən biri olan "Gəncə" səfərdə "Quba"nin qonağı olub. Görüş "Gəncə"nin qələbəsi ilə bitib - 83:91 (23:16, 11:27, 20:30, 20:18).

Növbəti turun oyunları martın 7-də keçiriləcək.

Hazirda hər iki qrupda komandaların turnir vəziyyəti aşağıdakı kimidir:

İNTİQAM Məmmədov