Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sağlam insan bir ayda 36 kiloqram arıqlaya bilməz - Dietoloq

Siyəzəndə arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən şəxsin vəfat etməsi barədə xəbər yayılıb. Məlumata görə, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir. Məlumatı "qafqazinfo" saytı yayıb.

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-də saat 10:33-də qida zəhərlənməsi şübhəsi ilə bir nəfər (kişi cinsli) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. 1987-ci il təvəllüdlü şəxsə "Digər xoralı kolitlər" diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Sosial şəbəkələrdə sözügedən xəbər müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı açıqlama verən dietoloq Məhəmməd Abdullayev bildirib ki, əgər insan 1 ayda 36 kiloqram arıqlayırsa, o insanın ya hipertiroidi ya da xərçəng şişi var:

“Bir insanın bir ay ərzində bu qədər çəki verməsi mümkün deyil. Bir insan ancaq qatıq və zəncəfildən istifadə edibsə, bədənində hansı enerjidən istifadə edəcək?! Protetini, karbohidratı necə qəbul edəcək?! Bu xəstəlikdən başqa bir şey deyil. Bu şəxs ya 200 kiloqram çəkiyə sahib olub 36 kiloqram arıqlayıb, ya da bunun başqa bir səbəbi var. Həmin səbəbi axtarmaq lazımdır”.