Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

“IPhone 15 Pro Max” sağlamlıq üçün təhlükə mənbəyidir

Ötən həftələrdə “Apple” şirkətinin təqdim etdiyi “IPhone 15 Pro Max” telefonlarının təhlükə yaratdığı məlum olub.  

Smartfonun 48 dərəcə selsi temperaturuna qədər qıza bilməsi və belə olduğu halda potensial olaraq insanda birinci dərəcəli yanıqlara səbəb olacağı bildirib. 

Telefon ən çox yuxarı sağ hissədə yerləşən prosessor tərəfindən qızır. “Apple”ın “A17 Pro” çiplərinin istehsalı ilə bağlı problemlərin olması ilə əlaqələndirilir. Buna görə şirkət onları qəbul edərkən keyfiyyət standartlarını aşağı salmış ola bilər. 

Məlumatda həmçinin əlavə olunub ki, problem “IPhone 15 Pro Max”da soyutma sisteminin olmaması ilə daha da ağırlaşır. Bu səbəbdən smartfon demək olar ki, dərhal qızır və soyuması uzun müddət tələb olunur.