1980-ci ildən Ermənistan Qarabağda 40-a yaxın cinayətkar qrup yaradıb
1980-ci ildən Qarabağda Ermənistanın rəhbərliyi altında yaradılan və fəaliyyət göstərən cinayətkar qrupların siyahısı açıqlanıb.
Bunu erməni əsilli şəxslərin cinayət işi üzrə keçirilən prosesdə baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəqimli və dövlət ittihamçısı Fuad Musayev bildirib.
Onlar qeyd ediblər ki, Ermənistan SSR ərazisində və Azərbaycan SSR-in tərkibində olan Qarabağda Ermənistanın rəhbərliyi ilə yaradılmış və fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən 40-a yaxın qanunsuz silahlı birləşmə yaradılıb.
Bunlardan: "Böyük Tiqran", "Sasunlu Davud", "Arxiv", "Daşnaktsəkənər", "Şuşa", "Sasun", "Maral", "Ağdərə Batalyonu", "Xankəndi Alayı", "Sisian Batalyonu", "Hadrut Batalyonu", "Sasna Tsrer Batalyonu", "Araç" , "Araç" bo”, “Muş” və s.
Həmin cinayətkar təşkilatların məqsədləri, fəaliyyətləri və rəhbərləri ilə bağlı sənədlər məhkəməyə təqdim edilib.