David Allahverdyan: Mənə insanpərvər, yaxşı münasibət göstərildi, buna görə minnətdaram
Martın 6-da Bakı Hərbi Məhkəməsində təqsirləndirilən David Allahverdyan çıxış edən məhkəmə iclası keçirilib.
O, sərbəst ifadəsi zamanı əvvəllər müstəntiqlərin bütün suallarını cavablandırdığını və məhkəmədə ifadə verməyə davam etməyə hazır olduğunu bildirib.
"Mənə insan kimi davrandılar, buna görə minnətdaram" deyib.
Qeyd edək ki, məhkəmə hərbi cinayətlər, o cümlədən sülh və bəşəriyyət əleyhinə cinayətlər törətməkdə, təcavüzkar müharibə hazırlamaq və aparmaqda, soyqırımda, müharibə qanunlarını və adətlərini pozmaqda, habelə terrorçuluğu maliyyələşdirməkdə, hakimiyyəti zorakılıqla ələ keçirməkdə və digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının işinə baxır.
Növbəti iclas martın 10-da baş tutacaq.