Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində BDU nümayəndə heyəti ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetində olub.
Səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Dövlət Hüquq Universitetinin gənclərlə iş üzrə prorektoru Axrorxon Xoşimxonov ilə görüşüb.
 
Görüşdə iki ali təhsil müəssisəsi arasında 2021-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinin əhəmiyyəti vurğulanıb. Müqavilədə nəzərdə tutulan tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə elm, təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair  fikir mübadiləsi aparılıb. Görüşdə iki universitet arasında beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
 

***

В Ташкентском государственном юридическом университете прошла встреча с делегацией БГУ

 Делегация Бакинского государственного университета (БГУ) посетила Ташкентский государственный юридический университет Узбекистана.

В ходе визита проректоры БГУ Гусейн Мамедов и Алиш Агамирзаев, директор Центра организации и управления образованием Эльчин Мамедов и советник ректора Мирза Мирзаев встретились с проректором Ташкентского государственного юридического университета Ахрорхоном Хошимхоновым.

 На встрече подчеркнута важность соглашения о сотрудничестве, подписанного между двумя вузами. Помимо мероприятий, предусмотренных соглашением, состоялся обмен идеями по реализации новых проектов в сфере науки и образования. Обсуждались вопросы ускорения процессов интернационализации, программ обмена преподавателями и студентами и программ двойных дипломов.

 
--
Лятиф  Мустафаев