Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Serbiyada qadınlar arasında boks üzrə dünya çempionatında 6 azərbaycanlı idmançı mübarizə aparacaq

Nişdə (Serbiya) keçiriləcək qadınlar arasında boks üzrə dünya çempionatında Azərbaycanı 6 idmançı təmsil edəcək.

Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatda ölkəmizi baş məşqçi İlkin Ağayevin yetirmələri - Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikaylova (57 kq), Emili Rzayeva (78 kq) və A+inur (78 kq) təmsil edəcəklər.

Dünya çempionatı martın 8-dən 16-dək keçiriləcək.

Qeyd edək ki, komanda martın 17-də Bakıya qayıdacaq.