Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan üçüncü dəfə gənclər arasında cüdo üzrə Avropa kubokuna ev sahibliyi edəcək

Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa kubokuna ev sahibliyi edəcək.

Avropa Cüdo İttifaqının rəsmi təqviminə daxil olan yarışlar mayın 3-4-də Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

FDA-nın icraçı vitse-prezidenti Rəşad Rəsullu qeyd edib ki, Azərbaycanın cüdo üzrə beynəlxalq turnirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var.

“Artıq ənənəvi hal alan yeniyetmələr arasında Avropa kuboku bu dəfə Qubada keçiriləcək. Bundan əvvəl Göygöldə iki dəfə analoji turnir keçirilib. Bu yarışların təşkilində əsas məqsəd gənc azərbaycanlı idmançıların beynəlxalq rəqabət təcrübəsini artırmaq və cüdonu ölkənin müxtəlif bölgələrində təbliğ etməkdir”.

Xatırladaq ki, turnirdən sonra mayın 5-dən 7-dək Qubada gənc cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışları keçiriləcək.