Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan boksçularının Gürcüstan çempionatında qələbəsi

Gürcüstanda boks üzrə ölkə çempionatı keçirilib. Çempionata müxtəlif yaş və çəki dərəcələrində qatılan həmyerlilərimiz dörd qızıl medal qazanıblar.

Marneuli boks məktəbinin yetirməsi Nərmin Bayramova 52 kq çəki dərəcəsində birinci yeri tutub.

Emil İsmayılov (48 kq, Qardabani), Daniel Ramizoğlu (52 kq) və Həsən Akpınar (80 kq, hər ikisi Tbilisidən) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komanda yarışında da həmyerlilərimiz birinci olublar.