Ərkivanda güləş turniri - MASALLI
Masallıda yunan-Roma güləşi üzrə rayon turniri keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Uşaq-Gənclər İdman Məktəbinin turniri iki gün (8-9 mart) davam edib.
Ərkivan qəsəbə Mədəniyyət Mərkəzində təşkil olunan yarışlarda 9 çəki dərəcəsi üzrə 34 idmançı gücünü sınayıb.
Qalib idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunub.
Turnirin keçirilməsində məqsəd 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününün qeyd edilməsi, rayonda idmanın kütləvəliyi, uşaqların yunan-Roma güləşinə marağının artırılmasıdır.
Akif AĞAYEV



