Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ərkivan” öz yerində xal itirdi, “Masallı” səfərdə qələbə qazandı

 

AFFA-nın Region Liqasında yeni mövsümə start verilib.
İlk turun oyunları çərçivəsində “Ərkivan” (Masallı) FK Salyan rayonunu təmsil edən “OİK” komandasını qəbul edib, “Masallı” PFK isə səfərdə “Qobustan” FK ilə qarşılaşıb.
“Ərkivan” FK doğma meydanda rəqibinə məğlub olub, “Masallı” PFK isə səfərdən qələbə ilə geri dönüb. Hər iki oyunda 2:1 hesabı qeydə alınıb.
Məlumat üçün bildirək ki, AFFA Region Liqasında 4 region üzrə 54 komanda mübarizə aparır. Mövsümə may ayının sonlarında yekun vurulacaq. 

 

Akif AĞAYEV