Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçuların "Adriatik İncisi" başa çatmaq üzrədir

Boksçularımızın aktivində 3 bürünc və 1 final var

Montoneqronun Budva şəhərində gənclər arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Dünya Kuboku səviyyəli "Adriatik İncisi" beynəlxalq turnir başa çatmaq üzrədir. Dünən turnirdə yarımfinal döyüşləri keçirilib. Bu mərhələdə üç qadın və 1 kişi təmsilçimiz rinqə çıxıb. Onlardan yalnız kişi təmsilçimiz - Zidan Hümbətov (54 kq) bu mərhələni də uğurla başa vuraraq finala yüksəlib və ən pis halda gümüş medalı özünə təmin edib.

Yarimfinalci qadın bokscularimiz - Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (60 kq) və İlkanə Əhmədova (+81 kq) gəlincə isə hər 3 təmsilçimiz bu mərhələdə büdrəyərək çıxışını üçüncü yerdə başa vurmaqla bürünc medalla kifayətlənib.

İNTİQAM Məmmədov