Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın sablya yığmamız DK-da dördüncü olub

Yunanıstanın Heraklion şəhərində qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə fərdi və komanda yarışları keçirilib. 200 qadın idmançının mübarizə apardığı bu yarışda ölkəmiz 4 qadın musketyorla təmsil olunub. Heyəti Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət olan yiqmamiz mübarizəye qatıldığı 1/8 finalda Sinqapur (45:32), ardından isə Macarıstan (45:43) və ABŞ yiqmasini (45:38) məğlub edərək yarımfinala yüksəlib. Lakin finala çıxışda Fransaya (30:45) məğlub olan komandamız üçüncü yer uğrunda Cənubi Koreya ilə üzləşib. Təəssüflər olsun ki, bu oyunda da məğlub (33:45) olan Azərbaycan komandası dördüncü yeri tutmaqla çıxışını medalın bir addımlığında başa vurub.

Fərdi yaşayışlara gəlincə, musketyorlarimiz arasında ən yaxşı nəticəni Anna Başta göstərib. Çıxışını 1/8-də bitirən Anna 12-ci olub. Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı yeri tutub.

İNTİQAM Məmmədov