Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AVRO-2025-də iştirak edəcək Azərbaycanın gənclər komandası açıqlanıb

Futbol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının Avro-2025 B Liqasının 6-cı qrupunun (U-17) Albaniya (19 mart) və Uels (22 mart) komandalarına qarşı keçirəcəkləri oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat yayıb.

Martın 11-dən 14-dək milli komanda Bakıda təlim-məşq toplanışı keçirəcək. Martın 14-də saat 13:00-da “Kapital Bank Arena” stadionunda millimizlə “Sumqayıt” FK (U-19) arasında yoxlama oyunu keçiriləcək.

Xatırladaq ki, U-17 yığması martın 15-dən 25-dək Albaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda turnirin ev sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Albaniya ilə görüş Bakı vaxtı ilə saat 18:00-da, Uelslə isə üç gün sonra saat 15:00-da başlayacaq. Hər iki oyun Elbasan Arena stadionunda keçiriləcək.