Aygül Abdullayeva Hollandiyanın ən yaxşı hakimi seçilib
Azərbaycanlı beynəlxalq taekvondo hakimi Aygül Abdullayeva Eyndhovendə keçirilən 52-ci Hollandiya Açıq Çempionatında ən yaxşı hakim seçilib.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, o, 70 hakim arasında ən yaxşısı seçilib.