Bako Saakyan: Qarabağda ilk silah çağırışları mitinqlərdə eşidilib
Qarabağda ilk silah çağırışları mitinqlərdə eşidilib.
Bunu Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, silahlanma kənd və şəhərlərdə aparılıb.
“Silahların bəziləri yerləşdirilmiş sovet hərbi hissələrinə aid idi. Bundan başqa, Ermənistandan da silah-sursat göndərilirdi. Bunlar silahla bağlı əsas sahələr idi”, - deyə təqsirləndirilən şəxs əlavə edib.
Bu gün Bakı Məhkəmə Kompleksində hərbi və digər ağır cinayətlərdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələrinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir. Prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir.