Azərbaycanın U-23 sərbəst güləş millisi 4-cü dəfə Avropada birinci olub
Martın 8-də Albaniyanın paytaxtı Tiranada idman güləşi üzrə startı verilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatında sərbəst güləşçilərin yarışı başa çatıb. Azərbaycan 2022/2024-cu illərdə olduğu kimi yenə də komanda hesabında Avropanın birincisi olub. Qeyd edək ki, Avropa çempionatına 10 çəki dərəcəsində qatılan Azərbaycan 9 (1-4-4) medal və 169 xalla ardıcıl dördüncü dəfə Avropa çempionu adını özündə saxlayıb.
Komanda hesabında ikinci yeri 117 xalla Türkiyə tutub. İlk üçlüyü isə Ukrayna (104) tamamlayıb.
Yeri gəlmişkən, dünən çempionatda qadınlar mübarizəyə başlayıblar. Qadın yığmamızın üzvü Günay Qurbanova (54 kq) finala yüksəlib. Bu gün o, çempionluq uğrunda final görüşünə çıxacaq.
İNTİQAM Məmmədov