YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
"Qarabağı heç vaxt tərk etməyəcəyik" deyən erməni keşiş Qarabağdan gedir
Qarabağda yaşayan erməni əsilli şəxslərin kütləvi şəkildə Ermənistana keçidi davam edir.
Sentyabrın 16-da “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Gorus istiqamətində gedənlər arasında Əsgərandakı erməni kilsəsinin ruhanisi Mesrob Mkrtçyan da görülüb.
O, ailəsi ilə birgə Qarabağı tərk etmək üçün növbəyə dayanıb.
Keşiş Mkrtçyan əvvəllər separatçılarla birgə “biz Qarabağı heç vaxt tərk etməyəcəyik” deyərək sinəsinə döyürdü.