Xorvatiyanın Osiyek şəhərində 10 metr məsafəyə tapançadan atıcılıq üzrə Avropa çempionatına yekun vurulub.
Yarışın sonuncu günündə qarışıq komandalar medallar uğrunda mübarizə aparıb.
Azərbaycanı iki duet təmsil edib. Janna Əliyeva və Ruslan Lunev 572 xalla təsnifat mərhələsində 5-ci yeri tutaraq, bürünc uğrunda görüşə cəmi bir xal az qalıb.
İkinci azərbaycanlı duet Zeynəb Sultanova və Elvin Astanov 566 xal toplayaraq 18-ci yeri tutublar.
Xatırladaq ki, müsabiqədə 31 duet iştirak edib.