Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kişi həndbol millimiz Moldovaya uduzub

Bu gün Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələrin həndbol üzrə çempionatına start verilib. Turnirin B qrupunda yer alan Azərbaycan millisi ilk matçını Moldovaya qarşı keçirib. Görüş 21:33 (ilk yarı 8:14) hesabla rəqibin xeyrinə bitib. Millimiz təqvim üzrə növbəti oyunlarını Nigeriya (12 mart) və ABŞ-a (13 mart) qarşı keçirəcək. 

Yeri gəlmişkən, turnirin A qrupunda isə Bolqarıstan, Kipr, Böyük Britaniya və Paraqvay cəmləşib.

Xatırladaq ki, 2023-cu ildə keçirilən analoji yarışda Azərbaycan yer aldığı qrupda Bolqarıstan, Nigeriya və Qvatemalaya məğlub olub.

İNTİQAM Məmmədov