Masallı rayonu üzrə təhsil sektorunun tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlər təşkil olunub.
Tədbirlərdə təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.
Çıxışlar zamanı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu, Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin bu sahədəki irsinin daim diqqət mərkəzində saxlanıldığı və bu əlamətdar günün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı məktəblilərin diqqətinə çatdırılıb.
Tədbirlərdə mövzu ilə bağlı videoçarxlar nümayiş olunub, şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Məktəblərdə həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Akif AĞAYEV
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)