Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdo üzrə Azərbaycan yığması beynəlxalq turnirlərə hazırlaşır

Azərbaycan cüdoçuları Avropa Cüdo İttifaqının Çexiyanın Nimburk şəhərində təşkil etdiyi olimpiya təlim-məşq toplanışında iştirak edirlər.

Məşqdə milli komandaların 19 üzvü (9 kişi, 10 qadın) iştirak edib.

Kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Əminə Əbdüllətifdir.

Təlim-məşq toplanışında məqsəd martın 21-23-də Tbilisidə keçiriləcək “Böyük dəbilqə” turnirinə, eləcə də qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlaşmaqdır.

Xatırladaq ki, olimpiya təlim-məşq toplanışı martın 17-də başa çatacaq.