Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Mais İbrahimov: 

Ağcabədidə 250-dən çox uşağa məktəbli formaları verilib

Hər il olduğu kimi bu il də Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid, qazi və aztəminatlı ailələrin övladlarının məktəbli formaları, çantalar və ləvazimatlarla təmin olunması  diqqətdə saxlanılıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, formalar sahiblərinə təqdim edildikdən sonra rayon icra hakimiyyətinin binasında uşaqlar və valideynləri ilə görüşən icra başçısı Rafil Hüseynov  yeni dərs ilinin başlaması münasibəti ilə şagirdləri  təbrik edib. Rafil Hüseynov bildirib ki, ölkəmizdə təhsilin inkişafına dövlət dəstəyi və qayğısı hər zaman hiss olunur, məktəblilərin təhsil alması üçün onlara istənilən şərait yaradılır.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələri üzrə vahid məktəbli geyimi tətbiq olunur. İcra başçısı həmçinin keçirilən aksiyanın ümumilikdə 250-dən çox uşağı əhatə etdiyini bildirib.
Valideynlər  bu xeyirxah təşəbbüsə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, uşaqlar öz sevinclərini ifadə edərək, şeirlər səsləndiriblər.
Qeyd edək ki, keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələr də fəal iştirak ediblər.