Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günay Qurbanova Avropa çempionu olub

Əsmər Canqurtaran AÇ-da bürünc qazanıb, Elnurə Məmmədovasa finaldadır 

Albaniyanın paytaxtı Tiranada 23 yaşlılar (U-23) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa birinciliyi davam edir. Sərbəst güləşçilərin yarışı bitdikdən sonra meydan zərif cinsdən olan güləşçilərin ixtiyarına verilib. Qeyd edək ki, zərifləri yarısı da Azərbaycan komandası üçün uğurlu başlayıb. Belə ki, yarışların ilk günü döşək üzərinə çıxan qadın güləşçilərimizdən Günay Qurbanova (59 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, həmyaşıdları arasında Avropa çempionu adını qazanıb.

Onunla eyni gündə mübarizəyə qatılan digər təmsilçilmiz - Əsmər Canqurtaran (50 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.

Daha bir qadın güləşçimiz - Elnurə Məmmədova (53 kq) isə yarışların finalına yüksəlib. Bu isə onun ən pis halda gümüş medalı özünə təmin etməsi deməkdir. O, günün ikinci yarısından sonra həlledici final görüşünə çıxacaq.

Xatırladaq ki, sərbəst güləş üzrə U-23 yiqmamiz Avropa çempionatıni 9 (1-4-4) medal və 169 xalla birinci pillədə başa vurmaqla dördüncü dəfə dalbadal qitənin birincisi olub.

İNTİQAM Məmmədov