Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Naxçıvan" və NTD ölkə kubokunun yarımfinalında 

Dünən kişi basketbol klublarının arasında ölkə kubokunun 1/4 final mərhələsinə start verilib. Mərhələnin ilk oyun günü iki qarşılaşma olub. Hər iki oyun Bakı İdman Sarayında baş tutub. Münasibətləri ayırd etmək üçün əvvəlcə "Naxçıvan"la "Abşeron" qarşılaşıb. Oyun birincinin böyük hesablı qələbəsi ilə başa çatıb - 102:60 (28:9, 18:19, 24:13, 32:19).

Ardından "Şəki" ilə NTD üzləşib. Bu oyunda isə ikinci qalıb gəlib - 66:71 (16:20, 15:16, 22:23, 13:12).

Bu gün isə daha iki görüş keçiriləcək və bunula da bütün yarımfinalçılar müəyyənləşəcək.

Bu gün eyni məkanda əvvəlcə "Sərhədçi"-"Gəncə", ardından "Sabah"-"Neftçi ' oyunu olacaq.

Yarımfinal oyunları martın 28-də keçiriləcək. Martın 30-da isə final oyunu baş tutacaq.

Xatırladaq ki, ötən il keçirilən analoji turnirin qalibi "Neftçi ' olub.

İNTİQAM Məmmədov