Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Futzal millimiz Yunanıstana uduzub

Dünən futzal üzrə Avro-2026-nın seçmə qrup mərhələsində sayca dördüncü olan növbəti turun oyunları keçirilib. Turnirin 5-ci qrupunda yer alan Azərbaycan millisi həmin gün Qədim Ellada torpağının paytaxtı Afinadaki "Dais" arenada yerli komandanın qonağı olub. Oyun ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb - 3:2 (1:0). Xatırladaq ki, yunanlara Bakıda keçirilən matçda tərəflər meydanı sülh şəraitində tərk etmişdilər - 2:2. Qeyd edək ki, baş məşqçisi Vitali Borisov ola. millimiz qrupda keçirdiyi digər oyunlarda isə isveçrə ilə sülh (3:3) başlasa da, Xorvatiya ilə görüşdə darmadağın hesablı məğlubiyyətlə üzləşib 2:9.

Hazırda 5-ci qrupda vəziyyət belədir:

Xorvatiya - 9 xal, Yunanıstan - 7, Azərbaycan -2, İsveçrə - 1.

İNTİQAM Məmmədov