Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

"Sputnik"in rəhbəri deportasiya edildi

Moldova hakimiyyəti "Sputnik Moldova"nın rəhbəri Vitali Denisovu ölkədən deportasiya edib. 

Bu barədə saytın özü "Telegram" kanalında yazıb. 

"Moldova Miqrasiya Xidmətinin əməkdaşları Vitali Denisovu əşyalarını yığmağa və ev heyvanlarını özü ilə aparmağa icazə vermədən ilk reysdə deportasiya qərarı ilə onu maşına mindirərək hava limanına aparıblar. Onun Moldovaya girişinə 10 il qadağa qoyulub", - deyə məlumatda qeyd olunub.